"The Politico" qəzeti öz mənbələrinə istinadənyazırki, ABŞ Prezidenti Donald Trampın Aİ və NATO alyansına üzv ölkələrə müvafiq çağırışı Aİ-dən kənar Türkiyəni də əhatələyir. Halbuki Türkiyənin bu məsələdə mövqeyini dəyişdirməkdən ötrü Brüsselin "ata biləcəyi addımlar məhduddur".
"Türk axını" boru xəttivasitəsilə birbaşa Moskvadan təbii qaz alan, Rusiya qazının əsas alıcısı sayılan Türkiyə özünü ucuz enerji mənbəyindən məhrum qoymaq istəməz",- qəzet yazır.
Donald Tramp sentyabrın 13-də özünün "Truth" hesabında "bütün NATO-ya üzv dövlətləri Rusiyadan neft almağı dayandırmağa" çağırıb. Lider vurğulayıb ki, bu şərti həyata keçərsə, Rusiyaya qarşı "böyük sanksiyalar" irəli sürəcək.
"NATO dediyimi yerinə yetirsə, müharibə başa çatacaq, hamı nicat tapacaq. Əks təqdirdə, siz yalnız həm mənim vaxtımı, həm ABŞ-nin vaxtını, enerjisini, pulunu boşa xərcləyirsiniz",- o bildirib.
Firudin Həmidli
AzVision.az