EN

Azərbaycan Qran Prisi 2025-in Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb

Bakı. Trend:

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıqlarplan üzrə davam edir. Bu hazırlıqların mühüm mərhələlərindən biriolan Vahid Uniforma və Akkreditasiya Mərkəzi (UAC) artıq tamfəaliyyətə başlayıb.

Trend xəbərverir ki, Mərkəz rəsmi olaraq 3 sentyabr tarixindən etibarən MilliGimnastika Arenasında minlərlə əməkdaş, könüllü, marşal,təhlükəsizlik işçisi və podratçı nümayəndələrini qəbul edir.

Burada iştirakçılara yarış günlərində istifadə ediləcəkakkreditasiya kartları və xüsusi uniformalar təqdim olunur.Mərkəzin işinin səmərəli təşkili üçün Bakı Şəhər Halqası ƏməliyyatŞirkəti tərəfindən bütün zəruri şərait yaradılıb.

Hazırda UAC-da 140-dan çox könüllü fəaliyyət göstərir. Onlarqeydiyyat, akkreditasiyaların hazırlanması, uniformalarınpaylanması və məlumatların idarə olunması proseslərinəcavabdehdirlər. Könüllülərin bu dəstəyi sayəsində yarış günlərinəqədər bütün işçi heyəti lazımi təchizatla təmin olunacaq.

Qeyd edək ki, Bakı bu il artıq 9-cu dəfə Formula 1 Qatar AirwaysAzərbaycan Qran Prisinə ev sahibliyi edəcək. 19–21 sentyabrtarixlərində paytaxtımızın küçələri yenidən mühərriklərin gurultusuilə canlanacaq və şəhər böyük sürət festivalına çevriləcək.

Məqalədə:
Chosen
55
3
az.trend.az

7Sources