Formula 1 üzrə Azərbaycan Qran-Prisinə hazırlıqlar plan üzrə davam edir.
Apasport.az xəbər verir ki, bu hazırlıqların mühüm mərhələlərindən biri olan Vahid Uniforma və Akkreditasiya Mərkəzi (UAC) artıq tam fəaliyyətə başlayıb.
Mərkəz rəsmi olaraq sentyabrın 3-dən Milli Gimnastika Arenasında minlərlə əməkdaş, könüllü, marşal, təhlükəsizlik işçisi və podratçı nümayəndələrini qəbul edir.
Burada iştirakçılara yarış günlərində istifadə ediləcək akkreditasiya kartları və xüsusi uniformalar təqdim olunur. Mərkəzin işinin səmərəli təşkili üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən bütün zəruri şərait yaradılıb.
Hazırda UAC-da 140-dan çox könüllü fəaliyyət göstərir. Onlar qeydiyyat, akkreditasiyaların hazırlanması, uniformaların paylanması və məlumatların idarə olunması proseslərinə cavabdehdirlər. Könüllülərin bu dəstəyi sayəsində yarış günlərinə qədər bütün işçi heyəti lazımi təchizatla təmin olunacaq.
Qeyd edək ki, Bakı bu il artıq 9-cu dəfə Formula 1 üzrə Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək. 19–21 sentyabr tarixlərində paytaxtımızın küçələri yenidən mühərriklərin gurultusu ilə canlanacaq və şəhər böyük sürət festivalına çevriləcək.
Ferstappen təsnifat mərhələsini qalib başa vurub
Millimiz Avropa çempionatının finalında
Güllə atıcılığı üzrə ölkə çempionatına yekun vurulub - FOTO
Millimizin rəqibləri bəlli oldu
III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirilib