EN

Almaniya kəşfiyyatına o rəhbərlik edəcək: Türk əsillidir

Almaniyanın təhükəsizlik xidməti (BfV) türk əsilli Sinan Seleni rəhbər təyin edəcək.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, Xristian Birlik İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyasından (SPD) ibarət koalisiya hökuməti 6 ildir qurumun vitse-prezidenti vəzifəsində çalışan Seleni rəhbər təyin etmək üçün razılaşıb.

Qeyd edək ki, sabiq rəhbər Tomas Haldenvanq parlamentə namizəd olmaq üçün ötən ilin noyabrında istefa vermiş, lakin seçilməmişdi. O vaxtdan bəri agentliyə Sinan Selen və Silke Uillems müvəqqəti olaraq rəhbərlik edirdilər.

Chosen
23
publika.az

1Sources