EN

Rüfət Abbasov: İlk dəfə böyükhesablı qələbəmizə görə sevincliyik

ain.az, Idman.biz saytına istinadən bildirir.

"Çətin matç olacağını bilirdik. "Karvan-Yevlax" debütant olsa da, çempionata yaxşı start verib".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Rüfət Abbasov Misli Premyer Liqasının 4-cü turunda "Karvan-Yevlax"ı məğlub etdikləri oyundan sonra deyib.

U-21-in də şərəfini qoruyan gənc müdafiəçi matçla bağlı fikirlərini bölüşüb: "Oyuna yaxşı hazırlaşmışdıq və bunun sayəsində 3 xal qazandıq. Qollar vurub, "Şamaxı"nın tarixində ilk dəfə böyükhesablı qələbə qazandığımız üçün sevincliyik. Top fərqi daha çox ola bilərdi, təəssüf ki, istifadə edə bilmədik. İkinci hissəni rəqib yaxşı başladı. Rəqib hesabda geridə idi, nəticəni bərabərləşdirmək istəyirdi. Yaxşı ki, dözüb, üçüncu qolu vura bildik. U-21 millinin heyətində Portuqaliya və Bolqarıstanla oyunlarında iştirak etsəm də, yorğunluq yox idi. İstirahət etməyə vaxtım olub. Cüzi ağrılar var idi ki, bu da normaldır. Uzun yol gəlirsən, 90 dəqiqə oynayırsan. Növbəti turda rəqibimiz "Zirə"dir. Vaxtımız azdır. İnşallah, baş məşqçinin tapşırıqlarını yerinə yetirib xal və ya xallar qazanmağa çalışacağıq".

"Qeyd edək ki, "Şamaxı" - "Karvan-Yevlax" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
2
icma.az

3Sources