EN

Azərbaycan 8 ayda 1,4 milyard dollarlıq avtomobil alıb

2025-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycana 1 milyard 381 milyon 386 min dollar (cari məzənnə ilə 2 milyard 348 milyon manat) dəyərində 74 min 481 min ədəd avtomobil idxal olunub. Başqa sözlə, ölkəmizə hər ay orta hesabla 9 min 310 ədəd avtomobil gətirilib. 

Bu barədə Marja.az Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 8 ayı ərzində Azərbaycana 1 milyard 110 milyon 905 min dollar dəyərində 58 min 939 ədəd avtomobil idxal olunmuşdu. Beləliklə, cəmi avtomobil idxalı dəyər ifadəsilə 270 milyon 480 min dollar və ya 24,3%, miqdar ifadəsilə 15 min 542 ədəd və ya 26,4% artıb.

2025-ci ilin 8 ayı ərzində Azərbaycana 1 milyard 242 milyon 959 min dollar dəyərində 68 min 295 ədəd minik avtomoibili idxal olunub. Ötən ilin eyni dövründə 973 milyon 441 min dollar dəyərində 53 min 6 ədəd minik avtomobili idxal olunmuşdu.

2025-ci ilin 8 ayı ərzində idxal olunmuş minik avtomobillərinin 38 min 595 ədədini və ya 52%-ni hibrid, plagin-hibrid və tam elektrik avtomobillər təşkil edib.

Chosen
12
marja.az

1Sources