Axşam.az xəbər verir ki, bu barədə Ynet məlumat yayıb. Qeyd olunub ki, Avropa Yayım İttifaqı İsrailin milli yayımçısı KAN-a 2026-cı ildə könüllü olaraq müsabiqədən çıxmağı və ya səhnədə ölkənin milli bayrağı ilə deyil, neytral bayraq altında çıxış etməyi təklif edib.
KAN-ın hansı qərarı verəcəyi hələlik məlum deyil. İlkin məlumata görə, neytral bayraq altında çıxış etmək ideyası KAN rəsmiləri tərəfindən bəyənilmir.
Nəşr həmçinin davam edib ki, KAN-dan İsrail hökumətinin və hərbçilərinin hərəkətlərini pisləyən rəsmi bəyanat dərc etməsi tələb oluna bilər.
Qeyd edək ki, 70-cisi keçiriləcək müsabiqənin Vyanada baş tutması planlaşdırılır. Avstriyanın paytaxtı artıq üçüncü dəfədir ki, ona ev sahibliyi edəcək. Tədbir 12-16 may 2026-cı il tarixlərində keçiriləcək.