Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
TürkiyÉ™nin Kütahya ÅŸÉ™hÉ™rinin Aslanapa rayonunda avtomobilin vurması nÉ™ticÉ™sindÉ™ ÅŸÉ™hid olan 26 yaÅŸlı baÅŸ çavuÅŸ Yücel YeÅŸilin bu gün oÄŸlu dünyaya gÉ™lib.Â
Qaynarinfo xəbər verir ki, iyunda boşandığı həyat yoldaşı Özlem Uyğunun dünyaya gətirdiyi oğlan uşağına şəhid atasının adı verilib.
Qəza sentyabrın 13-də, saat 11:30 radələrində Kütahya-Gediz avtomobil yolunun 40-cı kilometrində, Göynükören qovşağı yaxınlığında baş verib. Abdullah D.-nin idarəetməni itirdiyi avtomobil qarşı zolağa çıxaraq Çavdarhisar Rayon Jandarma Komandanlığı əməkdaşı baş çavuş Yücel Yeşilə çırpılıb.
Hadisə yerinə çox sayda təcili yardım, polis və jandarma qüvvələri cəlb olunub. Tibbi yoxlamadan sonra Yücel Yeşilin şəhid olduğu müəyyənləşdirilib. Avtomobildə olan üç nəfər yaralanıb, Kütahya Şəhər Xəstəxanasına yerləşdirilib. Qəzada xəsarət açlmayan sürücü Abdullah D. isə saxlanılıb.
Şəhid Yücel Yeşilin cənazəsi dünən doğulduğu Manisanın Kula rayonuna bağlı Bayramşah kəndində keçirilən mərasimlə torpağa tapşırılıb.
Aydın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.