EN

“Benfika”nın baş məşqçisi “Qarabağ”a “meydan oxudu”: “Burada başqa nəticə ola bilməz”

“Benfika”nın baş məşqçisi Bruno Lagen “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.

Sportinfo.az bu barədə Portuqaliya mətbuatına istinadən xəbər verir.

O deyib: “Komandamı motivasiyalı görürəm. Beynəlxalq arenada keçirdiyimiz dörd görüşdə ortaya qoyduğumuz oyunu təkrarlamaq, ötən mövsüm göstərdiyimiz performansı davam etdirmək istəyimiz böyükdür.

Məqsədimiz 3 xal qazanmaq, yaxşı futbol oynamaq və azarkeşlərimizə unudulmaz Avropa gecəsi bəxş etməkdir”.

O deyib ki, strategiyalar həmişə rəqibin xüsusiyyətlərinə görə qurulmalıdır: “Santa Klara” müdafiəyə daha çox çəkilən komanda idi,

“Qarabağ” isə fərqli sistemdə çıxış edir. Biz isə rəqibin buraxdığı boşluqlardan maksimum yararlanmağa çalışacağıq”.

O start heyəti ilə bağlı bunları deyib:

“Komanda ilə növbəti yaxşı məşq gününü arxada qoyduq, sabah da davam edəcəyik. Bundan sonra ən uyğun onbirliyi müəyyənləşdirib qərarımızı verəcəyik”.

O bildirib ki, “Benfika”nın üzərindəki tələb hədsiz dərəcədə yüksəkdir: “Burada başqa nəticə ola bilməz. Bütün oyunları qazanmalıyıq”.

“Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və saat Bakı vaxt ilə 23:00-da başlanacaq.

Chosen
31
9
sportinfo.az

10Sources