AZ

“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundanDANIŞDI

“Benfika”nın baş məşqçisi Bruno Lage “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.

Bu barədə Portuqaliya mətbuatı xəbər verir. 

O deyib: “Komandamı motivasiyalı görürəm. Beynəlxalq arenada keçirdiyimiz dörd görüşdə ortaya qoyduğumuz oyunu təkrarlamaq, ötən mövsüm göstərdiyimiz performansı davam etdirmək istəyimiz böyükdür. Məqsədimiz 3 xal qazanmaq, yaxşı futbol oynamaq və azarkeşlərimizə unudulmaz Avropa gecəsi bəxş etməkdir”.

Lagenin sözlərinə görə, strategiyalar həmişə rəqibin xüsusiyyətlərinə görə qurulmalıdır: “Santa Klara” müdafiəyə daha çox çəkilən komandadır. "Qarabağ"ın "Ferensvaroş", "Lion" və "Olimpiakos"la qarşılaşmalarına baxdım və gördüm ki, onlar fərqli sistemdə çıxış edir. İnanıram ki, strategiya və oyun tamamilə başqa cür olacaq. Biz rəqibin buraxdığı boşluqlardan maksimum yararlanmağa çalışacağıq”.

49 yaşlı portuqaliyalı məşqçi start heyəti ilə bağlı bunları söyləyib:  “Komanda ilə növbəti yaxşı məşq gününü arxada qoyduq, sabah da davam edəcəyik. Bundan sonra ən uyğun onbirliyi müəyyənləşdirib qərarımızı verəcəyik”.

O bildirib ki, “Benfika”nın üzərindəki tələb hədsiz dərəcədə yüksəkdir: “Burada başqa nəticə ola bilməz. Bütün oyunları qazanmalıyıq”.

Xatırladaq ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və saat Bakı vaxt ilə 23:00-da başlanacaq. (qol.az)

Seçilən
26
9
xezerxeber.az

10Mənbələr