EN

“Yaxşı oyun göstərib, 3 xalı qazanacağıq” – “Benfika”nın baş məşqçisi

UEFA Çempionlar Liqasının ilk turunda “Benfika” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.az xəbər verir ki, Lissabon klubunun baş məşqçisi Bruno Lage oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 49 yaşlı mütəxəssis əsas hədəflərinin qələbə qazanmaq olduğunu bildirib:

“Komandamız ötən mövsüm Çempionlar Liqasında göstərdiyi performansı təkrarlamaq niyyətindədir. Məqsədimiz qalib gəlmək, üç xal toplamaq və azarkeşlərimizə unudulmaz Avropa gecəsi yaşatmaqdır. “Benfika”nı çalışdıran hər kəs bilir ki, burada yalnız titul qazanmaq kifayət etmir, yaxşı futbol sərgiləmək də vacibdir. Həmişə irəli baxmalıyıq. Müdafiədə ötənilki səviyyəyə qayıtmışıq, Avropada ən yaxşı pressinq edən komandalar sırasında yer alırıq. Hücumda isə hələ də üzərində işləməli məqamlarımız var. Daha çox dinamika yaratmalı, qol imkanlarını artırmalıyıq. Futbolçularla daim bunun üzərində çalışırıq və inanıram ki, yaxşı oyun göstərib, 3 xalı qazanacağıq”.

“Benfika” – “Qarabağ” qarşılaşması sabah saat 23:00-da başlayacaq.

 

Chosen
28
idmanxeber.az

1Sources