EN

Pekin: Çin Ukrayna müharibəsinin uzanmasına təsir göstərmir

Pekin Kelloqun Ukraynada müharibənin davam etdirilməsinə Çinin təsiri ilə bağlı sözlərini rədd edib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan bildirib.

Tszyan ABŞ-nin xüsusi elçisi Kelloqun “müharibə Çinin Rusiyaya dəstəyini dayandırması halında sabah bitər” fikrinə cavab verib.

O bildirib ki, Çin Ukrayna böhranında hər zaman “obyektiv və qərəzsiz mövqe” tutur, sülh danışıqlarını təşviq edir:

“Çin və Rusiya şirkətləri arasında normal ticarət və əməkdaşlıq ÜTT qaydalarına və bazar prinsiplərinə uyğundur. Bu əməkdaşlıq heç bir üçüncü tərəfə qarşı yönəlməyib və kənardan təzyiqə məruz qalmamalıdır”.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
22
interpress.az

1Sources