EN

Ölüm xəbəri yayılan Abidal danışdı

Erik Abidal ölümü ilə bağlı xəbərləri təkzib edib.

Publika.az xəbər verir ki, bundan əvvəl sosial şəbəkələrdə “Barselona” və Fransa millisinin sabiq müdafiəçisinin ikinci qaraciyər transplantasiyası əməliyyatından sonra yaranan fəsadlardan dünyasını dəyişdiyi barədə xəbərlər yayılmışdı.

“Bəzi söz-söhbətlər heç vaxt yayılmamalıdır. Mən ailəmin yanındayam, hər şey qaydasındadır. Hörmət göstərilməlidir. Bütün bunlar mənim ailəmə və uşaqlara aiddir.

İcazə verin aydınlaşdırım: mən yaxşıyam, sağam və sağlamam. Dəstəyinizə və rəğbət sözlərinizə görə təşəkkür edirik. Gəlin diqqəti həqiqətən vacib olana yönəldək”, – Abidal “Instagram”da yazıb.

Chosen
51
publika.az

1Sources