Bakı. Trend:
15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Dohaşəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammitində iştirak vəçıxış edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, çıxışdaQətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğubildirilib, Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadəolunub. Beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinəsadiq qalaraq gərginliyin daha da dərinləşməməsinə çağırışedilib.
Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılmasıxüsusunda Qətərin vasitəçilik səyləri yüksək qiymətləndirilib,tərəflər arasında danışıqların bərpasının və daimi atəşkəsə nailolunmasının zəruriliyi vurğulanıb.
Ümumilikdə Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən“iki dövlət” prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn normavə prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinəuyğun həll variantının dəstəkləndiyi bir daha diqqətəçatdırılıb.
Regiondakı böhranın həlli istiqamətində sülh təşəbbüslərindənəlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub.
Bu çərçivədə, Azərbaycanın qardaş Fələstin xalqına öncəki illərərzində dəstəyinin davamı olaraq, eskalasiyanın başladığı 2023-cüildən etibarən 2 milyon ABŞ dolları həcmində humanitar yardımınayrıldığı bildirilib. Bundan əlavə, ölkəmiz tərəfindən Fələstinətəhsil və səhiyyə sahələri üzrə dəstək layihələrinin həyatakeçirildiyi çıxışda qeyd olunub.