EN

Tramp ikinci dəfə bu ölkəyə gedəcək

ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-da Böyük Britaniyaya ikinci dəfə dövlət səfəri edəcək.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində Tramp sentyabrın 17-də Vindzor qalasında Kral ailəsinin ənənəvi mərasimləri ilə qarşılanacaq. Burada at arabasında qala turu və möhtəşəm ziyafət də təşkil olunacaq. Sentyabrın 18-də isə Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidentini rəsmi iqamətgahlarından biri olan Çekersdə qəbul edəcək.

Temza Vadisi Polis İdarəsinin rəis müavini Kristian Bant “Reuters”ə açıqlamasında dövlət səfəri üçün bütün hazırlıqların tam görüldüyünü və bütün ehtimal olunan hallara hazır olduqlarını bildirib.

Chosen
20
50
unikal.az

10Sources