AZ

Tramp ABŞ ın Venesueladan olan narkotik daşıyan qayığa növbəti zərbə endirdiyini açıqlayıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vaşinqton, 16 sentyabr, AZƏRTAC

ABŞ Hərbi Qüvvələri Cənub Komandanlığı narkotik daşıyan qayığa zərbə endirib. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O, bildirib ki, hücum Venesueladan olan narkoterrorçular ABŞ-a qeyri-qanuni narkotik daşıyan zaman beynəlxalq sularda olarkən baş verib. Tramp zərbə nəticəsində 3 terrorçunun öldürüldüyünü açıqlayıb. Hücumda ABŞ qüvvələrinə zərər dəyməyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
50
azertag.az

10Mənbələr