Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidan 150 kilometr şərqdə yerləşib. Ocağın dərinliyi isə 25 kilometrdən çox olub. Təkanlar yerli sakinlər tərəfindən hiss edilib. Hadisədən sonra sunami təhlükəsi elan edilməyib.
Ajans.az xəbər verir ki, məlumatı Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı yayıb.