Vaşinqtondan Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi xahiş edən Avropa ölkələri ilk növbədə analoji məhdudiyyətləri özləri də tətbiq etməlidirlər.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.
O qeyd edib ki, Avropada hələ də Rusiya mallarını, o cümlədən Rusiya neftini alan ölkələr var:
"Prezident avropalı tərəfdaşlarımıza bizdən tətbiq etməyi xahiş etdikləri sanksiyaları tətbiq etməyə çağırdı. Əgər onlar buna dərindən sadiqdirlərsə, biz onları bizdən tələb etdiklərini həqiqətən etməyə təşviq etmək istəyirik".