EN

Növbəti görüş Türkiyədə keçirilə bilər - Rubinyan açıqladı

Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələrin növbəti görüşü Türkiyədə baş tuta bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə Ermənistanın xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan "İctimai" Televiziyanın efirində deyib.

O əlavə edib ki, görüşün tarixi hələ müəyyən olunmayıb.

"Yaxın zamanda bizim altıncı görüşümüz baş tutdu. Bundan əvvəl bütün görüşlər üçüncü ölkələrdə keçirilmişdi, bir görüş isə sərhəddə baş tutmuşdu. Sonuncu görüş isə İrəvanda keçirildi. Bu, simvolik baxımdan müsbət haldır", – deyə Rubinyan qeyd edib.

Chosen
36
2
olke.az

3Sources