EN

"Sabah" 90+3-də "Neftçi"ni məğlub, "Zirə" darmadağın etdi

Əvəzedicilər Liqasında 4-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, doğma meydanda “Şamaxı-2”ni qəbul edən "Zirə-2 3:0 hesablı darmadağına sevinib.

“Neftçi-2” isə “Sabah-2” ilə oyunda 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar olaraq, sentyabrın 14-də keçirilməli olan “Qarabağ-2” – “Turan Tovuz-2” görüşü sentyabrın 23-də baş tutacaq.

“Zirə-2” – “Şamaxı-2” 3:0
Qollar
: Ramiz Muradov, 55-pen. Fərid Şahhüseyni, 58. İmran Süleymanzadə, 78.

“Neftçi-2” – “Sabah-2” 0:1
Qol
: İlkin Cəfərli, 90+3.

Chosen
45
sportinfo.az

1Sources