EN

Çempionlar Liqası: “Qarabağ” səfərdə “Benfika” ilə qarşılaşır

BAKI, 16 sentyabr. TELEQRAF

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.

Teleqraf xəbər verir ki, Azərbaycan çemoionu Portuqaliyada "Benfika" ilə qarşılaşacaq.

Paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

UEFA Çempionlar Liqası

Əsas mərhələ, I tur

16 sentyabr

23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Erik Lambrexts, Co De Vayrdt, Kevin Monteni, Natan Verbumen

VAR: Bram Van Drişşe (hamısı Belçika)

VAR köməkçisi: Fedayi San (İsveçrə)

Lissabon, "Da Luj" stadionu.

Chosen
17
1
teleqraf.com

2Sources