AZ

Çempionlar Liqası: “Qarabağ” səfərdə “Benfika” ilə qarşılaşır

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.
 
Moderator.az xəbər verir ki, Azərbaycan çemoionu Portuqaliyada "Benfika" ilə qarşılaşacaq.
 
Paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
 
Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.
 
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
 
UEFA Çempionlar Liqası
 
Əsas mərhələ, I tur
 
16 sentyabr
 
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)
 
Hakimlər: Erik Lambrexts, Co De Vayrdt, Kevin Monteni, Natan Verbumen
 
VAR: Bram Van Drişşe (hamısı Belçika)
 
VAR köməkçisi: Fedayi San (İsveçrə)
 
Lissabon, "Da Luj" stadionu.
Seçilən
4
1
moderator.az

2Mənbələr