EN

Tramp məşhur qəzeti hədəf aldı: 15 milyard dollar istəyir

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetini məhkəməyə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında məlumat verib.

“Sol radikal Demokrat Partiyasının ruporu və ölkə tarixinin ən pis qəzetlərindən birinə qarşı böhtan iddiası qaldırmaq mənim üçün böyük şərəfdir”, – deyə o bildirib.

Məlumata görə, 15 milyard dollarlıq məhkəmə iddiası Florida ştatında təqdim olunub.

Ağ Ev rəhbəri nəşri 2024-cü ildə keçiriləcək prezident seçkilərində rəqibini, o vaxtkı vitse-prezident Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə, özünə, eləcə də ailə üzvlərinə, ətrafına böhtan atmaqda ittiham edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
10
globalinfo.az

10Sources