EN

"Qarabağ" "Benfika" ilə üz-üzə gələcək - UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə start verən "Qarabağ" bu gün ilk oyununa çıxacaq.

Day.Az xəbər verir ki, təmsilçimiz Portuqaliya nəhənglərindən olan "Benfika" ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" növbəti görüşünü oktyabr ayının 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Təmsilçimiz Danimarkanın "Kopenhagen" klubunu qonaq dəcək.

16 sentyabr

UEFA Çempionlar Liqası

I tur

Saat 23:00, "Benfika" - "Qarabağ".

Chosen
18
9
day.az

10Sources