EN

"Benfika"da 6, "Qarabağ"da 1 itki

“Benfika” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” önünə ideal heyətlə çıxa bilməyəcək.

Publika.az xəbər verir ki, Portuqaliya klubu bugünkü matça itkilərlə çıxacaq.

Baş məşqçi Bruno Lage konkret olaraq 6 futbolçunun xidmətindən yararlana bilməyəcək. Bunlar müdafiəçilər Aleksander Bah, Amar Dedic, yarımmüdafiəçilər Manu Silva, Nuno Feliks, həmçinin hücumçular Bruma və Dodi Lukebakiodur. Zədədən əziyyət çəkən adları çəkilən oyunçular Lissabon təmsilçisinin oyunöncəsi son məşqinə qatılmayıblar. Onlar Azərbaycan çempionuna qarşı oynaya bilməyəcəklər.

“Qarabağ”ın heyətində isə yalnız hücumçu Nəriman Axundzadə zədəli olduğu üçün Portuqaliyadakı görüşdə iştirak edə bilməyəcək.

Chosen
16
publika.az

1Sources