EN

Kürdəmirdə qəza: - Ölən və xəsarət alan var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sərnişin 1988-ci il təvəllüdlü Fuad Etibar oğlu Məmmədov ölüb. Digər sərnişin 1990-cı il təvəllüdlü Coşqun Cavid oğlu Nuriyev isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Chosen
74
1
news24.az

2Sources