Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sərnişin 1988-ci il təvəllüdlü Fuad Etibar oğlu Məmmədov ölüb. Digər sərnişin 1990-cı il təvəllüdlü Coşqun Cavid oğlu Nuriyev isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.