EN

ChatGPT 73% hallarda əyləncə kimi istifadə edilir- Araşdırma

OpenAI ChatGPT istifadəçi auditoriyası və istifadə nümunələrinə həsr olunmuş ilk ətraflı tədqiqatını dərc edib. İş may 2024 — iyun 2025 dövrünü əhatə edən və 1,5 milyon istifadəçinin loglarına əsaslanan geniş məlumat bazası üzərinə aparılıb.

ChatGPT-in auditoriyası əsasən gənclərdir: sorğuların demək olar ki, yarısını 26 yaşdan kiçik gənclər verib. İstifadəçilərin 52%-i isə qadınlardan ibarətdir. Bu, chat-botun kasıb ölkələrdə və “adi” insanlar arasında sürətlə yayılmasını göstərir. Halbuki ilkin mərhələdə istifadəçilərin 80%-i kişilər idi və onların arasında proqramçılar üstünlük təşkil edirdi.

ChatGPT artıq əsasən iş aləti kimi istifadə edilmir: dialoqların 73%-i əyləncə və qeyri-iş məqsədlərinə aiddir. Mövzu üzrə istifadəçilər ən çox praktik məsləhətlər (28,3%) və mətn yazmaqda kömək (24%) gözləyirlər. Tədqiqatçılar tərəfindən “praktik məsləhətlər” kateqoriyasına daxil edilən təlimlə bağlı dialoqlar bütün danışmaların 10%-ni təşkil edir — bu, Süni intellektlər(Generativ intellekt) ilə ünsiyyətin əsas ssenarilərindən biridir. İstifadəçilərin ChatGPT-dən iş tapşırıqlarını həll edərkən istifadə etdikləri konkret məzmun sahəsi müəssisənin istiqamətindən təəccüblü dərəcədə az asılıdır və yarıdan çox hallarda informasiya toplama və qərarverməyə yardım ilə məhdudlaşır. Bu, əvvəllər irəli sürülmüş “Süni intellekt-agent” modelini — həm həmkar, həm də məsləhətçi funksiyasını — dəstəkləyir. Mətnlə bağlı tapşırıqlar ümumi “iş” yükünün 40%-ni təşkil edir və onların yalnız üçdə biri sıfırdan mətn generasiyası tələb edir. Qalan hissə redaktə və yazının müxtəlif şəkildə yaxşılaşdırılmasından ibarətdir. Axtarış yönümlü tapşırıqlar tədqiqat müddətində üçüncü yerdə olsa da, onların payı artıb; bu ilin iyun ayında onlar mətn tapşırıqları ilə bərabərləşib. Proqram kodu yazılmasına ayrılan pay gözlənilməz dərəcədə az — cəmi 4,2% təşkil edib. Bununla belə, məhz bu sahədə OpenAI modeli Anthropic-in Claude modelindən nəzərəçarpacaq dərəcədə geri qalır. Ümumiləşdirilimi mülahizələri nəzərə almasaq, yalnız 1,9% dialoqlar süni intellektin interpersonal münasibətlər üzrə məsləhətçi və ya psixoterapevt kimi istifadə edildiyini göstərir. Rol oyunları, o cümlədən “virtual sevgili” kimi istifadədə kifayət qədər çoxdur — 0,4%.

Chosen
30
banker.az

1Sources