EN

Azərbaycanda gələn il 4,8 faiz inflyasiya proqnozlaşdırılır

Azərbaycanda gələn il 4,8 faiz inflyasiya proqnozlaşdırılır.

FED.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.

2027, 2028 və 2029-cu illərdə isə müvafiq olaraq 4,5 faiz, 4,3 faiz və 4,2 faiz inflyasiya proqnozlaşdırılıb.

Qeyd edilib ki, 2025–2026-cı illər üzrə inflyasiya proqnozları isə inkişaf etməkdə olan ölkələrdə ticarət mallarına zəif qlobal tələbat səbəbindən bir qədər aşağı salınıb, inkişaf etmiş ölkələrdə xüsusilə ABŞ-da nəzərəçarpacaq dərəcədə yuxarıya doğru yenilənib. Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci ilin iyul hesabatında cari il üzrə qlobal inflyasiya göstəricisi 4,2 faiz (əvvəlki proqnoz 4,3 faiz), 2026-cı il üzrə isə 3,6 faiz (əvvəlki proqnozla eyni) səviyyəsində qiymətləndirilib ki, bu da 2024-cü il üzrə 5,6 faizlik göstəricidən azdır.

Chosen
33
7
fed.az

8Sources