EN

Qızıl buts mükafatını Kriştianu Ronaldo qazandı- Amma.

Ulusal.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl Nassr” klubunun ulduz hücumçusu Kriştianu Ronaldo ötən mövsüm Premyer Liqanın bombardiri olduğu üçün “Qızıl buts” mükafatına layiq görülüb. Bu, portuqaliyalı futbolçunun karyerasında ikinci belə mükafatdır.

Mərasimdə mükafatı Ronaldoya klubun əfsanəvi kapitanı və vaxtilə liqanın bombardiri olmuş Məcid Abdulla təqdim edib. 39 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 30 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Ronaldonun “Əl Nassr”la müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Chosen
18
moderator.az

1Sources