EN

İran 5 ayrı dövlətlə birlikdə "nüvə obyektlərinə hücumların qadağan olunması"

Bakı. Trend:

İran İslam Respublikası Çin, Rusiya, Venesuela, Nikaraqua vəBelarusla bərabər Beynəlxalq Atom Enerjisi Agentliyinin BaşKonfransının 69-cu sessiyasında nüvə obyektlərinə hücumlarınqadağan olunması haqda qətnamə layihəsi təqdim edib.

Trend xəbər verirki, bu haqda İran XİN nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.

"Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin bütövlüyünüqorumaq üçün İran Çin, Rusiya, Venesuela, Nikaraqua və Belarus iləbirlikdə “Agentliyin hərtərəfli təminat sazişinə tabe olan nüvəobyektlərinə və infrastrukturuna qarşı bütün hücum formalarının vəhücum təhdidlərinin qadağan olunması haqqında” qətnamə layihəsinitəqdim edib",- deyə o, X sosial şəbəkəsində yazıb.

Bəqainin sözlərinə görə, layihədə bütün ölkələrin "nüvəenergetikasını dinc məqsədlərlə inkişaf etdirmək üçün ayrılmazhüquqa malik olduqları" və "istənilən hücumdan və ya hücumhədəsindən effektiv təminat almaq hüququna sahib olduqları" qeydolunur.

Məqalədə:
Chosen
62
1
az.trend.az

2Sources