AZ

İran 5 ayrı dövlətlə birlikdə "nüvə obyektlərinə hücumların qadağan olunması"

BAKI, TurkicWorld

İran İslam Respublikası Çin, Rusiya, Venesuela, Nikaraqua və Belarusla bərabər Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Konfransının 69-cu sessiyasında nüvə obyektlərinə hücumların qadağan olunması haqda qətnamə layihəsi təqdim edib.

TurkicWorld xəbər verir ki, bu haqda İran XİN nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.

"Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin bütövlüyünü qorumaq üçün İran Çin, Rusiya, Venesuela, Nikaraqua və Belarus ilə birlikdə "Agentliyin hərtərəfli təminat sazişinə tabe olan nüvə obyektlərinə və infrastrukturuna qarşı bütün hücum formalarının və hücum təhdidlərinin qadağan olunması haqqında" qətnamə layihəsini təqdim edib",- deyə o, X sosial şəbəkəsində yazıb.

Bəqainin sözlərinə görə, layihədə bütün ölkələrin "nüvə energetikasını dinc məqsədlərlə inkişaf etdirmək üçün ayrılmaz hüquqa malik olduqları" və "istənilən hücumdan və ya hücum hədəsindən effektiv təminat almaq hüququna sahib olduqları" qeyd olunur.

Seçilən
33
1
turkic.world

2Mənbələr