EN

Ölkə ərazisində bir neçə restoran sahibi cərimələndi SƏBƏB

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri keçirilib.

Bu barədə Oxu.Az-a xidmətdən məlumat verilib.

Bildirilib ki, Quba-Qəçrəş yolunun sağ tərəfində fəaliyyət göstərən "Aynur Forest", Xaçmaz rayonu Müşkür kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Çənlibel", "Cənnət bağı", "Yaşıl bağ", Nabran kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Salam", "Çeşmə" restoranları və Xaçmaz rayonu Seyidli kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Malibu" istirahət mərkəzində atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınması üçün qaz-toz tutucu qurğuların quraşdırılmaması faktı aşkar olunub.

Faktlarla bağlı müvafiq olaraq adıçəkilən obyektlərin icarədarları Ramazan Məmmədov, Məmmədtağı Məmmədov, Natiq Rəcəbov, Toğrul Məhsimov, Yaşar Həmidov, İlqar Paşayev və "Salam" restoranının sahibi Dostmət Seyidov barəsində vəzifəli şəxs qismində inzibati xəta haqqında protokol tərtib olunub, qanunamüvafiq tədbir görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
12
oxu.az

10Sources