Madriddə başa çatan tariflər və iqtisadi siyasətlə bağlı daha geniş danışıqlar çərçivəsində ABŞ və Çin “TikTok” proqramı ilə bağlı çərçivə razılaşmasına nail olublar.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
Sövdələşmə “TikTok”a ABŞ-da fəaliyyətini davam etdirməyə imkan verəcək. “Məqsəd ABŞ-ın nəzarətində olan mülkiyyətə keçməkdir”, - deyə Bessent Madriddə ikigünlük danışıqlar başa çatandan sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin cümə günü görüşəcəklər.
Nazir bildirib ki, tərəflər çirkli pulların yuyulması və fentanilin qeyri-qanuni ticarətinin qarşısının alınmasında əməkdaşlıq yollarını da müzakirə ediblər.