Bakı. Trend:
Vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edəbiləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan MülkiProsessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsindəöz əksini tapıb.
Mövcud qanunvericiliyə görə isə, kassasiya və əlavə kassasiyaşikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidənbaxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtibedildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiyaqaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidənbaxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnızvəkillə birgə iştirak edirlər.
Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə təklif olunanəlavəyə əsasən, 92.3.6-cı, 92.3.7-ci, 92.3.9 - 92.3.11-ci maddələrdənəzərdə tutulan şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkilçıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə vəözü-özünü təmsil edə biləcək.