EN

Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının səlahiyyətləri artırılır

Bakı. Trend:

Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının(konfransının) müstəsna səlahiyyətləri artırılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ümumi yığıncağının müstəsnasəlahiyyətlərinə aşağıdakılar aid ediləcək:

  • Vəkillər Kollegiyasının Nizamnaməsini, Vəkillərin İntizamKomissiyasının Əsasnaməsini, Vəkillərin İxtisas KomissiyasınınƏsasnaməsini və Vəkillərin etik davranış qaydaları haqqındaƏsasnaməni təsdiq etmək ve onlarda dəyişiklik etmək;
  • Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrini, sədrmüavinlərini və digər üzvlərini, Vəkillərin İntizam Komissiyasınınmüavinini və digər üzvlərini sədrini, sədr seçmək;
  • Vəkillər Kollegiyasının büdcəsini, üzvlük haqqının məbləğini,vəkillərin müraciətləri əsasında onların müəyyən dövr üzrə üzvlükhaqqını ödəməkdən azad edilməsi və ya müəyyən dövr üzrə üzvlükhaqqının məbləğinin azaldılması qaydasını, Vəkillər Kollegiyasınınregional qurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin,tədris mərkəzlərinin, vəkil qurumlarının və fərdi qaydada fəaliyyətgöstərən vəkillərin fəaliyyətinin monitorinqinin aparılmasıqaydasını, vəkil orderinin və order markasının forması,hazırlanması və istifadə qaydasını, order markasına görə ödənişməbləğini, vəkil qurumlarının yaradılması qaydasını, vəkillərin ilərzində iştirak etməli olduğu icbari tədris tədbirlərinin minimalsaat sayını müəyyən etmək;
  • vəkilliyin rəsmi embleminin, vəkillərin xüsusi geyim formasınıntəsvirini və Vəkillər Kollegiyasının maliyyə-təsərrüfat hesabatınıtəsdiq etmək.

Vəkillər Kollegiyası üzvlərinin sayı beş yüzdən çox olarsa,Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağının səlahiyyətləriVəkillər Kollegiyası üzvlərinin konfransı tərəfindən həyatakeçirilə biləcək.

Chosen
33
2
az.trend.az

3Sources