EN

Azərişıqdan narazılıq

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda elektrik enerjisi istehlakçıları arasında narazılıqlar davam edir.

Bu dəfə vətəndaş Fariz Cəfərov “Azərişıq” ASC-dən şikayət edərək, oxunuş tarixləri arasında qeyri-adi uzun intervalın yaradıldığını bildirib. Onun sözlərinə görə, son dəfə sayağac 3 avqustda oxunub, növbəti oxunuş isə yalnız 14 sentyabrda aparılıb. Bu da 42 günlük fasilə deməkdir.

AzPost bildirir ki, şikayətçi vətəndaş məsələni belə qiymətləndirib: “Mən belə düşünürəm ki, burada istehlakçının xeyrinə deyil, şirkətin marağına uyğun hərəkət edilir. İstilik və işıq sərfiyyatı çox olan aylarda oxunuş aralıqlarının uzadılması nəticəsində vətəndaşların aylıq limitdən artıq istifadə etməsi qaçılmaz olur. Bu isə əlavə ödənişlərin yaranmasına səbəb olur. Azərişıq, biz niyə sizin cibinizə işləməliyik?”.

Məsələ ilə bağlı istehlakçı hüquqları üzrə ekspertlər bildirirlər ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, xidmət göstərən müəssisə istehlakçıya şəffaf və ədalətli qaydada xidmət göstərməlidir. Elektrik enerjisi ilə təminatda isə istehlakçının istifadəsi, ödəniş hesablaması və tarif tətbiqi yalnız real sərfiyyata əsaslanmalıdır. Əgər oxunuşların intervalı qeyri-normal uzadılarsa, bu, istehlakçının əlavə maliyyə yükü ilə üzləşməsinə səbəb ola bilər ki, bu da qanunvericiliyə zidd hesab olunur.

Qanunvericilik həmçinin istehlakçının haqq-hesabın düzgün aparılmasını tələb etmək hüququnu tanıyır. Belə hallarda vətəndaş müvafiq dövlət qurumlarına – Enerji Məsələlərini Tənzimləmə Agentliyinə və ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
1
azpost.info

2Sources