EN

Papoyan: Bizim etdiyimizi türklər etsəydilər...

BAKI, 16 sentyabr. TELEQRAF

“Ermənistanın yeni sərhəd möhürlərində Ağrı dağı təsviri olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan möhürdən Ağrı dağı simvolunun çıxarılması ilə bağlı danışarkən deyib.

“Ağrı dağın şəklinin bizim dövlət sərhədinin möhüründən silinməsindən şikayət edənlərə sual:

Türkiyənin sərhəd möhüründə Araqat dağının (Ermənistan ərazisində yerləşir – red.) şəklini görsəydiniz, necə reaksiya verərdiniz?

Dünyanın əksər ölkələrinin sərhəd möhürlərində olduğu kimi, yeni möhürlərdə Ağrı dağı da daxil olmaqla, sərhəd-keçid məlumatlarından başqa hər hansı digər məlumat və ya təsvirlər olmayacaq. Markanın ölçüsü də kiçildilib ki, pasportlar bir çox səyahətçilər üçün daha uzunmüddətli olsun”, - nazir bildirib.

Xatırladaq ki, Ağrı dağı Türkiyə ərazisində yerləşir. Bu, ölkənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. Bu iddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib.

Chosen
28
2
teleqraf.com

3Sources