EN

Qəzzədə razılaşma üçün artıq aylar yox, günlər var - Rubio

BAKI, TurkicWorld, Fərid Mikayılov

ABŞ Dövlət katibi Marko Rubio, İsrailin Qəzzaya intensiv bombardman fonunda, HƏMAS-ın atəşkəs razılaşmasını qəbul etməsi üçün vaxtın daraldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Rubio İsraildən Qətərə yola düşərkən jurnalistlərə açıqlamasında bildirib.

“İsraillilər artıq əməliyyatlara başlayıb. Buna görə də anlaşmanın əldə olunması üçün çox qısa vaxtımız qaldığını düşünürük. Artıq aylarla ölçüləcək zamanımız yoxdur; yəqin ki, sadəcə bir neçə günümüz, bəlkə də həftəmiz var”- deyə o bildirib.

Rubionun sözləri İsrailin intensiv hava hücumlarının yüzlərlə mülki şəxsin həyatına son qoyduğu bir vaxtda səslənib.

İsrailin “hərbi əməliyyat” adlandırdığı hücumlar Qəzzada insani böhranı daha da ağırlaşdırır və beynəlxalq aləmdə artan reaksiyalara səbəb olur.

Digər tərəfdən, Jerusalem Post qəzetinin məlumatına görə, İsrail ordusu Qəzza şəhərinə qarşı yeni quru hücumuna başlayıb. İsrailli mənbələrin açıqlamasına görə, tanklar artıq şəhərə daxil olub.

Chosen
8
turkic.world

1Sources