EN

“İsrail HƏMAS-ı məğlub edənə qədər geri çəkilməyəcək” - Müdafiə naziri

“İsrail Müdafiə Qüvvələrinin Qəzza şəhərindəki əməliyyatının əsas məqsədləri girovların azad edilməsi və HƏMAS-ın tamamilə məhv edilməsi üçün şərait yaratmaqdır”.

Missiya.Az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats deyib.

"Qəzza yanır və İsrail Müdafiə Qüvvələri dəmir yumruqla terrorçuların infrastrukturuna zərbələr endirir. İsrail əsgərləri girovların azad edilməsi və HƏMAS-ın məğlubiyyəti üçün cəsarətlə döyüşür. Biz missiya yerinə yetirilənə qədər zəifləməyəcəyik və geri çəkilməyəcəyik", - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
17
2
missiya.az

4Sources