AZ

İsrail HƏMAS-ı məhv edənə qədər geri çəkilməyəcək

İsrail Müdafiə Ordusunun Qəzza şəhərindəki hərbi əməliyyatlarının əsas məqsədləri girovların azad edilməsi üçün şərait yaratmaq və HƏMAS-ı tamamilə məhv etməkdir.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb.

“Qəzza yanır. İsrail Müdafiə Ordusu terror infrastrukturuna dəmir yumruqla zərbələr endirir və əsgərlərimiz girovların azad olunması və HƏMAS-ın məğlubiyyəti üçün cəsarətlə döyüşür. Biz missiya yerinə yetirilənə qədər geri çəkilməyəcəyik”, - Katz qeyd edib.
Seçilən
7
2
sherg.az

4Mənbələr