EN

MSC-nin törəmə şirkəti və qlobal terminal operatoru “Terminal Investment Limited” (TIL) “SOCAR Terminalı”nda səhmdar olacaq

Bakı. Trend:

SOCAR ilə dünyanın ən böyük daşıma şirkəti olan MSC(Mediterranean Shipping Company) arasında strateji əməkdaşlığa dairsaziş imzalanıb.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Bakıda keçirilən imzalama mərasimində tərəflər Egey bölgəsininən böyük konteyner limanı olan “SOCAR Terminalı”nda birgəinvestisiyalar vasitəsilə Türkiyənin qlobal təchizat zəncirindəmövqeyini gücləndirməyi hədəfləyirlər.

Razılaşmaya əsasən, MSC-nin törəmə şirkəti və qlobal terminaloperatoru “Terminal Investment Limited” (TIL) “SOCAR Terminalı”ndasəhmdar olacaq.

Əməkdaşlıq “SOCAR Terminalı”nın TIL-in geniş qlobal şəbəkəsinəinteqrasiyasını təmin edəcək. Yeni avadanlıq və texnolojisərmayələr nəticəsində terminal mövcud gücünü artıracaq, əməliyyatsəmərəliliyini yüksəldəcək, rəqəmsallaşma, dayanıqlılıq vəinfrastruktur inkişafı sahəsində mühüm nailiyyətlər əldəedəcək.

Egey bölgəsinin ən böyük konteyner terminalı olan “SOCARTerminal” 700 metrlik fasiləsiz körpü, 16 metrlik dərinlik, 420 minm² liman ərazisi və 30 min m² arxa sahəsi ilə həm regional, həm dəqlobal ticarət üçün strateji əhəmiyyət daşıyır. ULCS sinifli yeninəsil iri gəmiləri qəbul etmək imkanına malik olan terminal eynianda bir neçə əsas gəmini sürətli şəkildə idarə edərək gözləməmüddətlərini minimuma endirir.

“Gələcəyin limanı” konsepsiyası ilə fəaliyyət göstərən “SOCARTerminal” ən yüksək əmək mühafizəsi və təhlükəsizlik standartlarınıtətbiq edir, rəqəmsallaşma və texnologiyaya qoyulan sərmayələrləsənayedə qabaqcıl mövqeyini qoruyur. Bununla yanaşı, karbon izininazaldılması, bərpa olunan enerji mənbələrinə sərmayə yatırılması vəenerji səmərəliliyinin artırılması ilə dayanıqlı biznes modeliqurur.

Chosen
37
12
az.trend.az

10Sources