EN

Xuan Mata Avstraliya klubunda

“Çelsi”nin və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Xuan Mata karyerasını Avstraliya çempionatında davam etdirəcək.

Msport.az xəbər verir ki, 37 yaşlı futbolçu “Melburn Viktori”yə keçib.

Təcrübəli ispaniyalı vingerin əvvəlki iş yeri Avstraliyanın digər komandası “Vestern Sidney” olub. Xuan ötən mövsüm sözügedən ölkə çempionatında 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Mata İspaniya millisi ilə dünya və Avropa çempionu olub. İspan futbolçu İngiltərədə “Mançester Yunayted” və “Çelsi”də oynamaqla yanaşı, vətənində uzun müddət “Valensiya”da da çıxış edib.

Chosen
26
2
msport.az

3Sources