EN

Avropa prokurorları Yunanıstan limanında 2400 konteyner Çin malını müsadirə edib

Avropa İttifaqı Prokurorluğu (EUPO) Yunanıstanın Pirey limanında Çin mallarına aid 2435 dəniz konteynerinə geniş miqyaslı müsadirə həyata keçirib...

Poliqon xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

Əsasən elektriklə işləyən velosipedlər, tekstil və ayaqqabılarla dolu konteynerlərin Yunanıstanın ən böyük limanında ələ keçirildiyi və bu limanın əsasən Çinin COSCO dövlət müəssisəsinə məxsus olduğu vurğulanır.

Bazar ertəsi Avropa prokurorları 6 nəfərə qarşı Çin mallarının saxta idxalı və cinayət şəbəkələrində iştirak etdikləri iddiası ilə ittiham elan ediblər.

Avropa Prokurorluğunun Kalipso kod adlı təhqiqatı, üzv dövlətlər arasında paylanması, gömrük rüsumlarından yayınma və irimiqyaslı ƏDV fırıldaqları da daxil olmaqla, Çindən Aİ-yə idxal edilən malların bütün zəncirinə nəzarət edən cinayət şəbəkələrini hədəfə alıb. Prokurorluğun məlumatına görə, əldə edilən gəlirlər yuyularaq Çinə geri göndərilib.

EPPO-ya görə, Çindən idxala antidempinq rüsumlarından yayınma sxemi ən azı səkkiz il davam edib və nəticədə təxminən 350 milyon avro gömrük rüsumları və əlavə 450 milyon avro ƏDV itkisi ilə həm milli, həm də Aİ büdcələrini gəlirdən məhrum edib.

Hələlik Yunanıstan hakimiyyəti ələ keçirilən konteynerlərin yalnız məhdud sayda açıb, lakin onların dəyərinin 250 milyon avro dəyərində qiymətləndirilir. Konteynerlərin ən azı 500-ü elektron velosipedlə doldurulub, onlardan 360-ı gömrükdə bəyan olunmayıb.

Orta hesabla, ilkin araşdırmalara əsasən, elektron velosipedlərin yalnız 10-15%-i gömrük rəsmiləşdirilməsi üçün bəyan edilib. Mühafizəkar hesablamalara görə, təkcə bu elektron velosipedlərdən Aİ büdcə itkiləri 25 milyon avro ödənilməmiş gömrük rüsumları və 12,5 milyon avro itirilən ƏDV kimi.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources