EN

Zəfərimiz yeni zirvələrə yol açdı- ÖZƏL

"2023-cü ilin 19-20 sentyabr tarixlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası ilə Xocalı, Xocavənd, Xankəndi, Ağdərə azad edildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Qısa zamanda bu ərazilərimizdə görülən işlər cənab İlham Əliyevin Qarabağ bölgəsinə səfərində özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı  bu günlərdə Xocavənd rayonunun Hadrut qəsəbəsində oldu, həmçinin qəsəbədə inşa olunmuş məscidin açılışında iştirak etdi. Bu məscidin təməli dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabrında qoyulub. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür. Dövlət başçısı Xocavənd rayonunun Sos kəndində də oldu.  Bu kəndə indiyədək 10 ailə   qayıdıb.  Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində,  Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq, Badara   kəndlərində olan cənab İlham Əliyev  Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü. Səfər çərçivəsində dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Ölkə Prezidentinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin, həmçinin Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına gedən yolun, azad edilmiş  torpaqlarda görülən işlərin təqdimatı oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
29
olaylar.az

1Sources