EN

Narkokuryerdən 6 kiloqram narkotik vasitə aşkarlanıb

Yazını böyüt
Yazını kiçilt

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Biləsuvar rayonunda polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkarlanıb.

Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə etdiyi narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Chosen
62
22
hafta.az

10Sources