Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkədən 16 milyard 452 milyon 681 min kubmetr təbii qaz ixrac edilib.
Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 5 milyard 996 milyon 879 min ABŞ dolları olub.
Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 4%, dəyər baxımından isə 9,9% artıb.
Qeyd edək ki, bu ilin ilk 8 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,14% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!