EN

Şarliz Teronun "BMW" markalı maşınını oğurladılar

"Oscar"lı aktrisa Şarliz Teronun başına iş gəlib.

Far.Az xəbər verir ki, onun Los-Ancelesdəki evindən oğurluq edilib. Aktrisanın həyətindən bahalı "BMW" markalı maşını oğurlanıb.

Kameralara düşən görüntlərdən oğurluğu bir neçə nəfərin etdiyi məlum olub.

Los-Anceles polisi dərhala hərəkətə keçərək oğruları yaxalamağa nail olub.

Teron Los-Ancelesdə çoxalan oğurluq hadisələrinin qurbanlarından biri olub. Bundan əvvəl Treys Ellis Ross və Bred Pitt də eyni xəbərlə gündəmə gəlmişdi.

Chosen
34
2
far.az

3Sources