EN

Yunanıstanda 2000-dən çox Çin konteyneri müsadirə edildi

Yunanıstanda Avropa İttifaqı Baş Prokurorluğu 2000-dən çox konteyner Çin malını müsadirə edib.

Doğru.az xəbər verir ki, Politico-nun məlumatına görə, əməliyyat Pirey limanında həyata keçirilib. Mənbə bildirir ki, Baş Prokurorluq Pirey limanında 2435 yük konteynerini ələ keçirib.

Qeyd olunur ki, konteynerlər əsasən elektrik velosipedləri, tekstil və ayaqqabılar daşıyıb. Nəşrin məlumatına görə, bu, Aİ tarixində ən böyük konteyner müsadirə əməliyyatıdır.

DOĞRU.AZ

Chosen
43
dogru.az

1Sources