EN

Tramp bu qəzeti məhkəməyə verdi - 15 milyardlıq iddia

ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetinə qarşı böhtan ittihamı ilə məhkəmə iddiası qaldırıb. 

Musavat.com xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında açıqlama verib.

Amerika liderinin sözlərinə görə, onun üçün “sol-radikal Demokrat Partiyasının ruporu” və ölkənin “tarixindəki ən pis qəzetlərdən biri” adlandırdığı “The New York Times”a qarşı böhtan və nüfuzdan salma ilə bağlı iddia qaldırmaq “böyük şərəf”dir.

Trampın bəyanatına əsasən, 15 milyard dollarlıq iddia Floridada məhkəməyə təqdim olunub.

Ağ Evin rəhbəri qəzetin 2024-cü il prezident seçkilərində onun rəqibi, həmin vaxt ölkənin vitse-prezidenti olan Kamala Harrisə açıq dəstək göstərdiyini, həmçinin özünə, ailə üzvlərinə və yaxın çevrəsinə qarşı böhtan kampaniyası apardığını bildirib.

Qeyd edək ki, iyul ayında ABŞ-ın CBS telekanalı “The Late Show” verilişinin bağlandığını açıqlayıb. Verilişin aparıcısı Stiven Kolber ABŞ prezidentinin axşam televiziya proqramlarında ən fəal tənqidçilərindən biri hesab olunurdu.

Şahanə Rəhimli,
Musavat.com 

Chosen
11
musavat.com

1Sources